Slovakiya da Rusiya diplomatlarını ölkədən çıxarır

Dünya
22:56 / 22.04.2021
1958
Slovakiya Baş naziri Eduard Heger Rusiyanın Bratislavadakı səfirliyində çalışan üç rusiyalı diplomatın mövcud geosiyasi vəziyyətlə əlaqədar olaraq bir həftə içində ölkəni tərk etmələrini söyləyib.
Sfera/az "Sputnik”ə istinadən xəbər verir ki, Baş nazir açıqlamasında əlavə edib ki, bu qərar həm də Çexiyadakı vəziyyətlə əlaqədardır.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova rəsmi Bratislavanın rusiyalı diplomatları deportasiya etmək qərarı ilə bağlı açıqlama verib.
O bildirib ki, bu qərardan məyusdurlar və məsələ ilə bağlı cavab gecikməyəcək.