Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya
21:56 / 22.04.2021
1727
Türkiyədə son sutka ərzində 354 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 54 min 791 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 501 min 382, pandemiya qurbanlarının sayı isə 37 min 329 nəfərə çatıb.
Türkiyədə indiyədək 3 milyon 909 min 935 pasiyent (son sutkada 65 593 nəfər) sağalaraq evə buraxılıb.