Mikayıl Cabbarov: "Gələn il İsraildə turizm bürosu yaratmaq istəyirik”

Mikayıl Cabbarov:
"İsrail Azərbaycanın üçüncü ən böyük ixracat istiqaməti olaraq qalır".

Sfera.az xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat naziri və Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov bildirib.

M.Cabbarov əlavə edib ki, Azərbaycan gələn il İsraildə turizm bürosu yaratmaq istəyir:

"Gizli deyil ki, ikitərəfli ticarətdə neft və qaz sahəsi mərkəzi yer tutur. Amma bunun daha da genişləndirilməsini istəyirəm.

Xüsusən də turizm, kənd təsərrüfatı və aqrotexnika sahəsində əməkdaşlığı genişləndirmək istəyirik. Həmçinin kiber müdafiə, təhsil, su ehtiyatları və səhiyyə sahəsində də əməkdaşlıq etmək istərdik.

2019-cu ildə əsası qoyulan və qısa müddətdə müsbət təsiri olan ikitərəfli iqtisadi əməkdaşlıq forumun fəaliyyətini yeniləmək niyyətindəyik. Bu baxımdan İsraildə turizm bürosunun açılmasının da əhəmiyyətli mesaj verəcək. Eynilə, texnologiya sahəsində də İsrail ilə əlaqələrin daha da yaxşılaşdırılmasında maraqlıyıq”.

Nazir həmçinin Azərbaycanda biznesə verilən dəstəkdən də söz açıb.

Qeyd edək ki, 2019-cu ildə İsraillə Azərbaycan arasında ticarət dövriyyəsi 1,4 mlrd ABŞ doları olub. Pandemiya səbəbindən ötən il bu göstəricilərdə (465,7 mln ABŞ dolları) geriləmə qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

DİM-də 2024-cü illə bağlı müzakirələr təşkil olunub

Dövlət İmtahan Mərkəzində ötən il – 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin e...

"Gözəl danışır, sonra insanları bombalayır" - Tramp Putinə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Rusiya lideri Vladimir Putindən məyus olduğunu bildirib və onun sözünün üstündə durmadığına işarə edib.   S...

Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olundu

Azərbaycanın ornitoloji turizm imkanları 11-14 iyul tarixlərində Birləşmiş Krallığın Rutland şəhərində keçirilən "Global Bird Fair” beynəlxalq quş mü...

Günorta saatlarında bu şəxslər çölə çıxmasın - XƏBƏRDARLIQ

Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayı...

Boksçumuz beynəlxalq turnirdə qızıl medal qazandı

Azərbaycan boksçusu Abbasqulu Şadlinski Portuqaliyada qızıl medal qazanıb.   Boks Federasiyasından Sfera.az-a verilən məlumata görə, 75 kiloqram ç...

Rusiya bir gecədə bu qədər PUA vurdu

Rusiya hava hücumundan müdafiə sistemləri ölkə üzərində Ukraynaya məxsus 11 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazir...