Rusiya qoşunlarını Ukrayna sərhədindən çəkir

Rusiya qoşunlarını Ukrayna sərhədindən çəkir
Rusiya müdafiə naziri Sergey Şoyqu Cənubi və Qərb hərbi dairələrinin qoşunlarının ani yoxlanışının tamamlandığını elan edib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verib.

"Ani yoxlanışın məqsədlərinə tam şəkildə nail olunduğuna inanıram. Qoşunlar ölkənin etibarlı müdafiəsini təmin etmək qabiliyyətini nümayiş etdirdi. Bununla əlaqədar olaraq Cənubi və Qərbi hərbi bölgələrdə yoxlama fəaliyyətlərini tamamlamaq qərarını verdim”,- deyə Şoyqunun açıqlamasında qeyd olunub.

Bundan əlavə, Rusiya müdafiə naziri Baş Qərargah, hərbi bölgə komandirlərinə və Hava- Desant Qüvvələrinə aprelin 23-dən etibarən qoşunların daimi yerləşdirmə məntəqələrinə qaytarılmasına başlamağı, ətraflı təhlil aparmağı və ani yoxlanış nəticələrinin icmalını tərtib etməyi tapşırıb.

Qeyd edək ki, daha əvvəl rəsmi Kiyev Donbassda gərginliyin artması fonunda Rusiya qoşunlarının Şərqi Ukrayna sərhədi boyunca cəmləşməsindən narahatlığını bildirmişdi.

Rəsmi Kreml isə cavabında Moskvanın qonşu dövlətləri təhdid etmədiyini qeyd edərək, öz ərazisi boyu hərbi hissələrin yerdəyişməsini həyata keçirmək hüququnu özündə saxladığını bildirmişdi. // "Qafqazinfo” 

OXŞAR XƏBƏRLƏR

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...