Rusiya Krımda genişmiqyaslı hərbi təlimlərə başladı

Rusiya Krımda genişmiqyaslı hərbi təlimlərə başladı
Krımda Rusiya Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimləri başlayıb.
 
Sfera.az-ın məlumatına görə, bunu aprelin 22-də  ölkənin Müdafiə Nazirliyinə istinadla  "İnterfaks”  xəbər verib. Qurumdan bildirilib ki, yarımadada gerçəkləşən təlimdə 10 mindən çox hərbçi iştirak edir. 

Bundan əlavə, Cənubi Hərbi Dairə, Qara Dəniz Donanması, Xəzər Donanması və Hava-десant qoşunları birləşmiş silahlı qüvvələrinin 1200 ədəd silah və hərbi texnikası, 40-dan çox döyüş gəmisi və 20 dəstək gəmisi manevrlərə cəlb edilib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqunun Krıma səfər etdiyi bildirilmişdi. Nazir birləşmələrin və hərbi texnikanın yerləşdirildiyi əraziləri havadan müşahidə etmişdi, həmçinin  dəniz və quru qruplaşmalarının hazırlıq səviyyəsi  ilə də maraqlanmışdı.
 
Xatırladaq ki, aprelin əvvəlində müdafiə naziri, ordu generalı Sergey Şoyqu  Rusiya Silahlı Qüvvələrində plana uyğun olaraq döyüş hazırlığı vəziyyətinin yoxlanılmasına başlanıldığını bildirmişdi.
 
"Silahlı Qüvvələrin təlim planına uyğun olaraq, hərbi komandanlıq və idarəetmə orqanlarında, birləşmələrdə və hərbi hissələrdə nəzarət yoxlamaları başlayıb. Qoşunlar taktiki, xüsusi taktiki və ikitərəfli təlimlər üçün poliqonlara çıxarılıb”, – deyə nazir qeyd etmişdi.
 
Onun sözlərinə görə, aprel ayında 101 poliqonda, 520 təlim mərkəzində 812 ikitərəfli təlim daxil olmaqla ümumilikdə 4 048 müxtəlif miqyaslı təlim keçirilməsi planlaşdırılır.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

WSJ: Amazon anbarlarında insanlardan çox robot olacaq

Texnologiya nəhəngi “Amazon”un anbarlarında istifadə olunan robotların sayı tezliklə orada işləyən insanların sayını keçə bilər.   Sfera....

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...