Həbs olunan baş həkimlərə hansı cəza veriləcək? – “Rüşvətxorları ömürlük həbs etmək...”

Həbs olunan baş həkimlərə hansı cəza veriləcək? – “Rüşvətxorları ömürlük həbs etmək...”
"Rüşvətxorları ömürlük həbs etmək lazımdır, onları bağışlamaq olmaz".
 
Bunu Sfera.az-a hüquqşünas Əkrəm Həsənov bildirib. Ekspert korrupsiya ilə bağlı səhiyyə işçilərinin həbs olunması məsələsinə toxunub:

"Hamımıza məlum olan məsələdir ki, tibb sahəsində korrupsiya halları olub. Bunun da səbəbi həmin insanların rahatlığı idi. Yəni kim nə istəyir edəcək, amma onlara toxunan olmayacaq düşüncəsi var idi. Bundan sonra vətəndaşlar da daha ürəkli olacaq, bu kimi hallar olsa şikayətlərinin cavabsız qalmayacağını biləcəklər. Məsələyə geniş yanaşsaq, ölkənin ən böyük bəlalarından biri rüşvətdir. Korrupsiyanın qarşısını almağın isə üç əsas yolu var. İlk növbədə bu kimi şəxslərin maaşı yüksək olmalıdır. Yəni biz onlara aşağı maaş təyin edib rüşvət almamalarını gözləsək, bu sadəlövhlük olar. Bundan başqa onların cəzası çox sərt olmalıdır. Yəni rüşvətxoru aldığı məbləğdən asılı olmayaraq ömürlük həbs etmək lazımdır və onlar əfvə düşməməlidir. Bu zaman dövlət də haqlı olur ki, "sənə yüksək maaş verirəm rüşvət alma və cəzan ağır olmasın". Üçüncüsü isə məmurların gəlir və xərclərinin bəyannaməsi olmalıdır. Yəni məmurlar və onların ailəsi şəffaf olmalıdır".

Hüquqşünas məmurların korrupsiyaya yol vermələrinin onların həyat tərzindən bəlli olduğunu bildirib:

"Məmurlarımızın əynindəki kostyumun qiyməti onların illik maaşından daha çoxdur. Geyimdən əlavə hələ səyahət xərclərini və s. demirəm. Sabahı gün biz belə hal görsək, hüququmuz çatmalıdır ki, məmurdan soruşaq ki, "bu pul səndə hardandır?". 

Rüşvətin qarşısınının alınmasında xəstəxanaya nəzarət edən qurum, nazirlik nümayəndəsinin nəzarəti də önəm daşımır. Çünki bu insanlar özləri də rüşvətə yol verə bilir. Yəni nəzarətçi özü də məmur olduğu üçün rüşvətin qarşısını almaq olmayacaq. Bu baxımdan nəzarət ictimai, şəffaf olmalıdır. Məmurların gəlir və xərclərilə bağlı bəyannamə olsa, belə halların qabağı alına bilər. Dövlət orqanlarının bir-biri üzərində nəzarəti isə təəssüf ki, özünü doğrultmur". 
 
İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kuzey Kıbrıs Türk Cümhuriyyətində müstəqillik bayramı - FOTOLAR

Artıq 41 ildir ki, 15 noyabr günü Kuzey Kıbrıs Türk Cümhuriyətində (KKTC) Mulli müstəqilkik günü kimi qeyd olunur.   Milli Məclis üzvləri Cavanşir F...

Gələn il ehtiyac meyarı və yaşayış minimumu artırılacaq

Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək.   Sfera.az xəbər verir ki, bu, Hesablama Palatasının “Azərbaycan Re...

"Yaşıl iqtisadiyyata keçid işçi qüvvəsinin bacarıqlarının inkişafını da aktuallaşdırır" - Sahil Babayev

"Yaşıl iqtisadiyyata keçid işçi qüvvəsinin bacarıqlarının inkişafını da aktuallaşdırır".   Sfera.az xəbər verir ki, bunu əmək və əhalinin s...

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda pensiya artırılır

“Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 270 manatdan artırılaraq 280 manat olacağı nəzərdə tutulur”.   Sfera.az xəbər verir ki,...

Azərbaycanda zinət əşyaları bahalaşır - YENİ QİYMƏTLƏR

Azərbaycanda qızıldan hazırlanan zərgərlik məmulatlarında ciddi qiymət artımları müşahidə edilir.   Sfera.az xəbər verir ki, bunun səbəbi son aylard...

Türk dövlətlərinin ortaq himni hazırlanacaq

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq.   Sfera.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu layihəyə rəhbərlik ed...