Qarabağda yeni toqquşma gözlənilir – Erməni tərəfinin dünənki təxribatı nəyə hazırlıqdır?

Qarabağda yeni toqquşma gözlənilir – Erməni tərəfinin dünənki təxribatı nəyə hazırlıqdır?
"10 noyabrdan bu yana ilk dəfədir, atəşkəsin intensiv pozulması barədə xəbərlər yayılır. Ermənistan Müdafiə Nazirlyinin və ya Ermənistan Sərhəd Xidmətinin insidentlə bağlı açıqlaması yoxdur. Bunun əvəzinə Qarabağdakı erməni separatçıları belə bir açıqlama yayıblar ki, guya Azərbaycan ordusu Xankəndini və Əsgəranın iki kəndini atəşə tutub”.

Sfera.az-ın məlumatına görə, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu bu gün Ermənistanın  Azərbaycanla sərhəddə təxribatlar törətməsindən danışarkən deyib. Politoloqun sözlərinə görə, bölgədə yenidən toqquşma ehtimalı artır:

"Ermənistan hakimiyyəti ilə erməni separatçılarının birgə planı Azərbaycanla Rusiyanı üz-üzə qoymaqdan ibarətdir. Ancaq buna Rusiyadakı siyasi mərkəzlərin özü də rəvac verir. Ermənistanda görürlər ki, rəsmi Bakının Kremlə ünvanladığı sualların sayı artıb. Rusiya ilə bağlı səslənən suallarımız bunlardır:
 
"İsgəndər-M” raketini Azərbaycana kim və niyə atdı? Rusiya Ermənistan ordusunu kimə qarşı modernləşdirir? Rusiyanın Qarabağda 9 mayda planlaşdırdığı "hərbi parad”ın məqsədi nədir? Erməni separatçılarının lideri Araik Arutunyan növbəti dəfə Moskvaya niyə çağrılıb?  Bu suallar cavablandırılmadığı kimi təxribatların da sayı artır”.
 
E.Şahinoğlu qeyd edib ki, biz həm təxribatlara layiq cavab verməli, həm də qabaqlayıcı addımlar atmalıyıq: ""Bizdən xahiş etdilər” ifadəsi ilə cəmiyyəti sakitləşdirmək çətindir. Ən maraqlısı odur ki, sərhəddəki insident barədə Ermənistanla yanaşı, Rusiyadan da reaksiya yoxdur. Bunun əvəzinə, Rusiya saytları Qarabağ separatçılarının son açıqlamasını yayıblar”.

Günay
 

OXŞAR XƏBƏRLƏR