ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırdı
09:27 / 03.06.2016
1833
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar artaraq 49,20 dollar təşkil edib.
Sfera.az APA-ya istinadən bildirir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,01 dollar artaraq 50,05 dollar olub.
Qeyd edək ki, neftin bahalaşmasına səbəb ABŞ-da kommersiya ehtiyatlarının azalmasıdır.