Özbəkistan səfiri BDU-da oldu - FOTO

Özbəkistan səfiri BDU-da oldu - FOTO
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhrom Əşrəfxanov ilə görüşüb.

Sfera.az-ın məlumatına görə, rektor xalqlarımız arasında qədim tarixə malik dostluq və qardaşlıq əlaqələrinin bu gün dövlətlərimiz arasında uğurla davam etdiyini bildirib. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuzun əzəli torpaqlarımızı işğaldan azad etməsinin qürurunu yaşadığımızı qeyd edən rektor Qarabağda quruculuq işlərində Özbəkistanın da iştirak etmək istəyinin iki ölkə arasında dostluq və qardaşlıq bağlarının təzahürü olduğunu bildirib.

 

BDU-nun Özbəkistanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələr qurduğunu, Daşkənd Dövlət Şərqşünaslıq Unniversiteti ilə BDU arasında bağlanılmış müqavilə çərçivəsində həyata keçirilən tədbirlər, mübadilə proqramları, ikili və üçlü diplom layihələri haqqında məlumat verib. Gələcəkdə Səmərqənd Dövlət Universiteti, Buxara Dövlət Universiteti kimi ali təhsil müəssisələri ilə BDU-nun daha sıx əməkdaşlıq etməsi istiqamətində təkliflərlə çıxış edib.


Görüşə görə BDU rəhbərliyinə təşəkkürünü bildirən səfir Bəhrom Əşrəfxanov təklifləri müsbət dəyərləndirib, qarşılıqlı münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, Özbəkistan ali məktəbləri ilə BDU-nun daha sıx və səmərəli, qarşılıqlı faydalı əlaqələr qurması üçün səfirliyin bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.

 

Görüş BDU və Özbəkistan ali məktəbləri arasında təhsil sahəsində əlaqələrin gələcək əməkdaşlıq perspektivləri, iki ölkənin ali təhsil müəssisələri arasında müəllim-tələbə mübadiləsi, elm, tədris və digər sahələr üzrə əməkdaşlıq ilə bağlı fikir mübadiləsi ilə davam edib, gələcək perspektivlər müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şöv...

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...