“Changan ilə Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində yeni müsabiqə!

“Changan ilə Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində yeni müsabiqə!
Azərbaycanın səfalı bölgələrini Changan ilə kəşf etməyə davam edirik. 
 
Sfera.az-ın təşkilati dəstəyi ilə davam edən layihədə bu dəfə Taleh Yüzbəyovun səfərinin ünvanı Qax və Zaqatala rayonları oldu. İlk müsabiqənin qalibi ilə birlikdə Taleh rayonların görməli yerləri, özəl adət-ənənələri və mədəniyyəti ilə tanış olub. 

Əlverişsiz hava şəraitinə baxmayaraq, Taleh Changan ilə bütün çətinliklərin öhdəsindən gələrək, Qax və Zaqatalanı "fəth” etməyi bacardı. 

Videonu izləyərək, Sumuq qala, İçəribazar, Came məscidi, Zaqatala qalası kimi tarixi abidələr, qədim Qum kəndi, Dəmbur musiqi aləti, həmçinin, sürhüllü, maxara, girs, bux kimi yerli yeməklər ilə bağlı geniş məlumat ala bilərsiniz. 

Əgər siz də Taleh Yüzbəyov ilə bərabər növbəti rayonu kəşf etməyi arzulayırsınızsa, o zaman:

- Changan Azərbaycan Youtube kanalına abunə olun;

- Qax, Zaqatala haqqında bir bəndlik şeir yazaraq Youtube videosu altında şərhdə paylaşın.

Ən çox bəyənmə toplayan şərhin müəllifi qalib olacaq.
 
Hamıya uğurlar! 
 



OXŞAR XƏBƏRLƏR