Vilayət Eyvazov Yelmar Mehdiyevə yüksək vəzifə verdi - TƏYİNAT

10:13 / 22.04.2021
1371
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Sfera.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən polis polkovnik-leytenantı Yelmar Mehdiyev Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarış şöbəsinə rəis təyin edilib.
Qeyd edək ki, o, bu təyinata qədər Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.
(Oxua.az)