Paşinyana qarşı aksiyalara görə cinayət işi açıldı

Paşinyana qarşı aksiyalara görə cinayət işi açıldı
Paşinyan güc strukturlarına Mehri və Aqarak (Əkərək) şəhərlərinə səfəri zamanı keçirilən etiraz aksiyalarının təşkilatçılarını cəzalandırmağı tapşırıb.

Sfera.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, Qafanda keçirdiyi iclasda təlimat verib.

"Bugünkü insident qanun pozuntusudur. Hüquq-mühafizə orqanlarının sərt və ictimiayyətə açıq şəkildə görülə bilən reaksiya verəcəklərini gözləyirəm. Ermənistanda cəzasızlıq mühitinə yol vermək olmaz”, - deyə Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla polis rəisi Vaqe Kazaryana müaricət edərək bildirib.

Qeyd edək ki, bundan sonra Paşinyanın Sünikə (Zəngəzura) səfəri zamanı baş verənlərlə bağlı cinayət işi açılıb. Bəzi KİV-in yazdığına görə, Paşinyan hətta Sünik (Zəngəzur) bölgəsinin keçmiş rəhbəri Vahe Akopyanın həbsi ilə bağlı təlimat verib.

Xatırladaq ki, Nikol Paşinyanın Zəngəzur səfəri zamanı sakinlər "Nikol satqındır”, "Nikol get” deyə qışqıraraq baş naziri etirazla qarşılayıblar. Bu səbəbdən Paşinyan Mehri şəhərin tərk etməli olub.  
 
(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...