Putinlə Lukaşenko nəyi müzakirə edəcək?

Putinlə Lukaşenko nəyi müzakirə edəcək?
Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında 22 apreldə baş tutacaq görüşdə dövlət başçıları Belarus-Rusiya münasibətlərinin hazırkı gündəliyini müzakirə edəcəklər.

Sfera.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Moskvada keçirilməsi planlaşdırılan danışıqlar zamanı liderlər həm də ticari-iqtisadi qarşılıqlı fəaliyyətin aktual məsələlərinə toxunacaqlar.

Bundan əlavə, koronavirus pandemiyası ilə mübarizə və ölkələr arasında tam hüquqlu nəqliyyat əlaqəsinin bərpa edilməsi istiqamətində atılan addımlar müzakirə olunacaq.

"Prioritet mövzular arasında müttəfiqlik mövzusu da var. Bundan əlavə, Aleksandr Lukaşenko və Vladimir Putin mövcud çağırışlara və təhdidlərə qarşı birgə atılacaq addımları müzakirə edəcəklər”,- deyə məlumatda qeyd olunub.

Öz növbəsində Kreml də liderlərin danışıqlar zamanı toxunacaqları mövzuları açıqlayıb.

"Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinə dair bir sıra məsələlər və müttəfiq dövləti çərçivəsində qarşılıqlı fəaliyyət perspektivlərininin müzakirəsi nəzərdə tutulur”,-deyə Rusiya Prezidentinin Mətbuat xidmətinin açıqlamasında qeyd olunub. // "Qafqazinfo”

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...