Bəşər Əsəd prezidentliyə namizəd oldu - 5 rəqibi var

Bəşər Əsəd prezidentliyə namizəd oldu - 5 rəqibi var
Bəşər Əsəd Suriyada prezidentliyə yenidən namizəd olub. 
 
Sfera.az xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd mayın 26-da keçirilməsi planlaşdırılan prezident seçkilərində yenidən namizədliyini irəli sürüb.
Bunu Suriya parlamentinin sədri Hammudə əl-Sabbaq bildirib. Hammudə əl-Sabbaq B.Əsədlə birlikdə dövlət başçısı vəzifəsinə ümumilikdə 6 nəfərin müraciət etdiyini qeyd edib.

Suriya konstitusiyasına görə bəlli şərtlərə cavab verənlər namizədlik üçün müraciət edə bilərlər. Lakin namizədliyin dəqiqləşməsi üçün parlamentdə azı 35 millət vəkilinin lehinə səsverməsi mütləqdir.

Qeyd edək ki, Bəşər Əsəd 2000-ci ildən bu yana Suriyanın prezidenti vəzifəsini icra edir. 

Əzizə 
Sfera.az



OXŞAR XƏBƏRLƏR