“Çətin proses olacaq, lakin mümkünsüz deyil” – ABŞ Silahlı Qüvvələrindən AÇIQLAMA

“Çətin proses olacaq, lakin mümkünsüz deyil” – ABŞ Silahlı Qüvvələrindən AÇIQLAMA
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) komandiri, ordu generalı Kennet Makkenzi bir daha işğal məqsədilə Əfqanıstana girməyəcəklərini bildirib.
 
Sfera.az xəbər verir ki, ABŞ əsgərlərinin Əfqanıstandan çəkilməsindən sonra bu ölkədə terror təhdidləri ilə mübarizə aparmağın çətin olacağını bildirən Makkenzi bu haqda Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin iclasında danışıb.

General bundan sonrakı missiyalarının yalnız onlar üçün real təhdid olan hədəfləri taparaq zərərsizləşdirmək olduğunu qeyd edib. O, "Bunu asan proses kimi göstərmək istəmirəm. Olduqca çətin proses olacaq, lakin mümkünsüz deyil”, - deyə ,diqqətə çatdırıb.

ABŞ-ın Əfqanıstandakı terror hədəflərinə nəzarəti başqa ölkələrdəki hərbi bazalardan həyata keçirəcəyini qeyd edən general hazırda ABŞ Müdafiə nazirinin göstərişi ilə variantlara baxmaq üçün ətraflı plan hazırladığını və onu bəzi alternativlərlə birlikdə bu ayın sonunadək nazirə hesabat şəklində təqdim edəcəyini bildirib.

Əzizə 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...