Qasparyan qalmaqallı səsyazısından danışdı: “Prezidentin çıxışını da yaysınlar...”

Qasparyan qalmaqallı səsyazısından danışdı: “Prezidentin çıxışını da yaysınlar...”
Onik Qasparyan Təhlükəsizlik Şurasının 30 sentyabr 2020-ci il tarixli iclasındakı çıxışının tam şəkildə yayımlanmasını tələb edir.

Sfera.az-ın məlumatına görə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan "ArmLur.am”-a verdiyi müsahibəsində Təhlükəsizlik Şurasının 2020-ci ilin 30 sentyabrında baş tutan iclasın daha bir hissəsini ictimaiyyətə təqdim etməsinə münasibət bildirib.
 
Qasparyan öz çıxışının tam şəkildə yayımlanmasını və həmçinin Ermənistan prezidentinin sözügedən iclasdakı çıxışının da ictimaiyyətə təqdim edilməsini istəyir.
 
"Ermənistan prezidentinin iclasın son hissəsindəki çıxışının, bundan sonra isə mənim  çıxışımın tam şəkildə yayımlanmasını tələb edirəm”, - deyə o, bildirib.
 
Xatırladaq ki, az əvvəl Təhlükəsizlik Şurası iclasın Qasparyanın çıxış edərək, düşmənin cəbhə boyu irəliləməsinin qarşısının alındığını, ordunun tapşırıqları yerinə yetirməyə davam etdiyini söylədiyi 25 saniyəlik hissəsi ictimaiyyətə təqdim etmişdi.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR