İlon Mask “Tesla” qəzasından sonra 5 milyard dollar itirib

İlon Mask “Tesla” qəzasından sonra 5 milyard dollar itirib
"Tesla” elektromobilinin ABŞ-ın Texas ştatında qəzaya uğraması haqqında xəbərlərin fonunda şirkətin səhmləri ucuzlaşıb.

Sfera.az xəbər verir ki, bunun nəticəsində "SpaceX” və "Tesla” şirkətlərinin sahibi İlon Mask 5 milyard dollardan çox itki ilə üzləşib.

Maskın sərvəti sutka ərzində 5,1 milyard dollar azalıb və hazırda 174,6 milyard dollar təşkil edir. O, hazırda dünyanın üçüncü ən zəngin adamıdır.

Bir gün əvvəl "Tesla”nın səhmləri 3,4 faiz ucuzlaşaraq 714,63 dollara satılıb.

Xatırladaq ki, Texasda "Tesla” elektromobilinin ağaca çırpılması nəticəsində iki nəfər həlak olub. İlkin istintaqın nəticələrinə görə, qəza zamanı avtomobilin avtopilot rejimində olduğu ehtimal olunurdu.

Lakin Mask bu iddianı rədd edərək bildirib ki, həmin avtomobildə tam avtopilot rejimi olmayıb.

Mask həmçinin qeyd edib ki, avtomobildə avtopilotun işləməsi üçün yolda müəyyən yol nişanları olmalıdır və qəzanın baş verdiyi küçədə bu cür nişanlar olmayıb. // "Report”

OXŞAR XƏBƏRLƏR

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...