Rusiya Türkiyəyə uçuş qadağasını yayın sonuna qədər uzadır – Turistlər alternativ axtarışında

Rusiya Türkiyəyə uçuş qadağasını yayın sonuna qədər uzadır – Turistlər alternativ axtarışında
Bildiyimiz kimi, Rusiya iyunun 1-dək  Türkiyə ilə çarter aviareyslərini dayandırıb.

Amma rusiyalıların yayın sonuna qədər Türkiyə kurortlarını ziyarət edə bilməyəcəyi də istisna deyil.
 
Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə  "Turprom" xəbər verir. Bunun səbəbi kimi respublikada epidemioloji vəziyyətin pisləşməsi riskinin yüksək olması göstərilib.

S7 aviaşirkəti sentyabr ayına qədər İstanbul və Antalyaya bütün uçuşları ləğv edib. Bundan əlavə, uçuşlar sifariş sistemindən də çıxarılıb. Turoperatorların fikrincə, bütün bunlar təsadüfi deyil. Çox guman ki, aviaşirkətlər hakimiyyətin yayın sonuna qədər Türkiyə ilə hava əlaqəsini məhdudlaşdıracağından xəbərdardır. Bu səbəbdən ruslar daha harada dincələ biləcəklərini düşünməyə məcburdurlar.

Daha əvvəl ekspertlər rusiyalı turistlərin istirahət etmək üçün gedəcəyi ölkələrin adlarını sadalamışdılar. Həmin siyahıda Türkiyə yox idi.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR