Rusiya ABŞ səfirini ölkəsinə göndərir

Dünya
12:39 / 20.04.2021
1561
ABŞ-ın Moskvadakı səfiri Con Sullivan ABŞ-a çağırılıb.
Sfera.az Sputnik-ə istinadən xəbər verir ki, səfir bu həftə Rusiya Xarici İşlər Nazirliyinin tövsiyəsi ilə məsləhətləşmələr üçün Vaşinqtona dönəcəyini bildirib. C.Sullivan ölkə liderlərinin görüşündən öncə, bir neçə həftə içərisində yenidən Rusiyaya qayıdacağını qeyd edib:
"Bayden rəhbərliyindəki yeni həmkarlarımla Rusiya ilə ikitərəfli münasibətlərimizin hazırkı vəziyyəti barədə birbaşa ünsiyyət qurmağın çox vacib olduğuna inanıram. Üstəlik, bir ildən çoxdur ailəmi görmürəm, evə getməyimin bir səbəbi də budur", deyə, səfir bildirib.
Sullivanın ölkəsinə qayıtması Rusiya Xarici İşlər Nazirliyindən məsləhətləşmələr üçün ABŞ-a dönməsini tövsiyə etməsindən sonra baş verəcək. Son vaxtlar Rusiya-ABŞ münasibətlərindəki gərginliyin artdığı müşahidə edilir.
Qeyd edək ki, ABŞ-ın elan etdiyi son sanksiyanın tətbiqindən sonra, Moskva 10 ABŞ diplomatını deportasiya etmək qərarını açıqlayıb və səfir Sullivana məsləhətləşmələr üçün ölkəsinə dönməsini tövsiyə edib.
Əzizə Zeynal
Sfera.az