ABŞ-ın Rusiyadakı səfiri ölkəsinə qayıdır, amma...

ABŞ-ın Rusiyadakı səfiri ölkəsinə qayıdır, amma...
ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan bu həftə ABŞ-a uçacaq, bundan sonra isə Moskvaya qayıdacaq.
 
Sfera.az-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin sözçüsünə istinadla "Axios” nəşri xəbər verib.

Qeyd edək ki, az əvvəl nəşrin digər həmsöhbətləri Rusiya tərəfinin tövsiyələrinə baxmayaraq, Sallivanın Amerikaya getmək istəmədiyini iddia etmişdi.
Xarici İşlər Nazirliyindən bir mənbə bildirib ki,  səfir ailəsini ziyarət etmək və hələ məsləhətləşmədiyi yeni Prezident Administrasiyasının üzvləri ilə görüşmək üçün vətəninə dönəcək.
 
Xatırladaq ki, Xarici İşlər Naziri Sergey Lavrov aprelin 16-da Moskvanın Sallivana "öz paytaxtına dönüb, orada ətraflı, ciddi məsləhətləşmələr aparmağı" tövsiyə etdiyini söyləmişdi.
 
Bundan bir gün əvvəl  ABŞ Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq etdi, sözügedən məhdudiyyətlər 32 fiziki şəxsə və quruma, eləcə də  Rusiya dövlət istiqrazlarının birbaşa alınmasına təsir etdi.  Bundan əlavə, on Rusiya diplomatı ölkədən çıxarıldı.
 
Rusiya Xarici İşlər Nazirliyində ABŞ-ın sanksiya kursunun nə ABŞ, nə də Rusiya xalqının maraqlarına cavab vermədiyi qeyd edildi. Buna cavab olaraq, Moskva on amerikalı diplomatı Rusiyanı tərk etməyə dəvət etdi. ABŞ diplomatik nümayəndəliyi əməkdaşlarının Rusiyaya  qısamüddətli səfərləri də ləğv edildi, Dövlət Departamenti və digər dövlət qurumlarının tabeliyində olan Amerika fondlarının fəaliyyəti dayandırıldı.

Bundan əlavə, hakimiyyət ABŞ-ın indiki və keçmiş administrasiya məmurlarının ölkəyə girişini qadağan etdi.
 
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov mart ayında Birləşmiş Şatalarla bundan sonrakı münasibətləri müzakirə etmək üçün Rusiyaya dəvət olundu. Buna səbəb Co Baydenin "ABC News” telekanalına müsahibəsində Rusiya liderinin Amerikadakı prezident seçkilərinə müdaxiləyə görə cavab verəcəyi ilə bağlı bəyanatı oldu. Bundan əlavə, Ağ Evin başçısı jurnalistin: "Putini qatil sayırsınızmı?” sualına da müsbət cavab vermişdi.
 
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR