Yerevanda polis 50-dən çox kriminal avtoriteti yaxaladı

Dünya
23:14 / 19.04.2021
1371
Ermənistan Polisinin Yerevan Şəhər Daxili İşlər İdarəsinin Cinayət Axtarışı Şöbəsinin və paytaxtın Nor Nork Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməkdaşları kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat keçiriblər.
Sfera.az-ın məlumatına görə, əməliyyat zamanı 50-dən çox kriminal avtoritet saxlanılıb. Onlar paytaxtın müxtəlif inzibati ərazilərindən Yerevan Şəhər Daxili İşlər İdarəsinə çatdırılıblar.
Saxlanılanlar arasında müxtəlif ləqəbli təhlükəli cinayətkarlar var.