Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq

Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq
Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq.

Sfera.az-ın məlumatına görə, bu "Ali təhsil haqqında" qanunun ilkin versiyasında əksini tapıb. Layihəyə əsasən, Milli diplom Reyestri ali təhsilin səviyyələri üzrə kvalifikasiya təsdiq edən diplom və diploma əlavələrin vahid mərkəzləşdirilmiş elektron sistemidir.

Milli Diplom Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən  yaradılır, icrasına nəzarət edilir və fəaliyyətinin monitorinqi əsasında illik ictimai hesabatlılıqlar təmin edilir. Milli Diplom Reyestri ölkə  üzrə akkreditasiyadan keçmiş bütün ali təhsil kvalifikasiyaları haqqında verilmiş diplomlar və diplomlara əlavələr haqqında səhih məlumatı əks etdirməklə diplom və diploma əlavələrin vahid uçotunun aparılmasını təmin edir.

Milli Diplom Reyestrinin doldurulması kvalifikasiyanın verilməsi haqqında qərarı verən ali təhsil müəssisəsi tərəfindən həmin ali təhsil müəssisəsinin müvafiq portalına keçid vasitəsi ilə keçirilir və məlumatın tamlığı və dəqiqliyinə müvafiq ali təhsil müəssisəsi cavabdehlik daşıyır.

Milli Diplom Reyestrindəki məlumatlar haqqında informasiyaya çıxış və çıxışın müddəti haqqında məlumat şəxsin özü tərəfindən verilir.


OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...