"Türkiyə, Rusiya və Azərbaycan arasında danışıqlar təcili başlamalıdır” – Sülhməramlıların mandatı məsələsi niyə həll olunmur?

"Sülhməramlı qüvvələrin və müşahidəçi missiyasının fəaliyyəti ilə bağlı bir çox iradlar var. Lakin heç kim bir suala cavab vermir – bunların səlahiyyətləri və vəzifələri nədən ibarətdir?".

Sfera.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. Eks nazir Azərbaycan, Rusiya və Türkiyə arasında danışıqların aparılmasının zəruriliyini qeyd edib:

"Beynəlxalq təcrübə bu məsələləri tənzimləyən xüsusi bir sənədin mövcudluğunu nəzərdə tutur – bu, mandatdır. Bu mandat missiyanı qəbul edən ölkə ilə razılaşdırılır və daha sonra anlaşma memorandumu imzalanır ki, bu da hüquqi cəhətdən razılığın verilməsi deməkdir. Bundan sonra missiyaya dəstək olaraq ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi, ya da Təhlükəsizlik Şurası prezidentinin bəyanatı qəbul edilir. Daha sonra, ölkənin daxili qanunvericiliyinə uyğun olaraq, bir qayda olaraq parlament tərəfindən təsdiqlənir.

Ölkəmizdə həm hökumət, həm də ictimaiyyət və müxalifət tərəfindən sülhməramlı qüvvələrin və müşahidə missiyasının fəaliyyətinə iradlar səslənir. Lakin 10 noyabrdan sonra olduqca vacib olan məsələni səmərəli istiqamətə yönəltmək məqsədilə məsləhətləşmələr prosesini başlamaq üçün qanunauyğun və məqsədə müvafiq addımlar atılmır. Belə ki, mandatın işlənməsi məsələsinə dair Azərbaycan, Rusiya və Türkiyə arasında danışıqlar hələ başlamayıb.
Bəlkə də mandatın mətninin Milli Məclisdə müzakirəsinə başlamaq məqsədə uyğun olardı, çünki ictimai müzakirə zamanı cəmiyyət üçün məqbul variantın parametrlərini müəyyənləşdirmək olardı. İctimai müzakirənin özü, qanuni cəhətdən məcburi xarakter daşıyan mətn üçün əsas olacaq ictimai gözləntilərin çərçivəsini müəyyənləşdirərdi. Dumanlı, hüquqi qeyri-müəyyənlik İkinci Vətən Müharibəsi dövründə cəmiyyətin və hakimiyyətin birliyinin qazandığı siyasi təşəbbüsün itirilməsinə şərait yaradır".

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azad edilmiş ərazilərdə daha 3 məktəb və 2 bağça istifadəyə veriləcək

Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə 960 şagird yerlik Şuşa şəhər 1 nömrəli, 132 şagird yerlik Xocalı şəhəri 1 ...

Bakıda tramvay xətlərinin çəkilməsi üçün yanaşı hansı addımlar atılmalıdır? - Ekspert SADALADI

Ötən günlərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı açıqlama verib.  “Bizim m...

Bu il 27 təhsil müəssisəsinin təmir-tikintisinin başa çatdırılması planlaşdırılır

Ölkəmizdə təhsil infrastrukturunun yaxşılaşdırılması sahəsində həyata keçirilən və icrası nəzərdə tutulan tədbirlər Elm və Təhsil Nazirliyi üçün prioritet məsəl...

"Dövlət-özəl sektor tərəfdaşlığının inkişafı effektiv nəticə verir" - Mikayıl Cabbarov

Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafı sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində effektiv nəticə verir.   Sfera.az xəbər ...

Sertifikasiyadan keçən 55 min müəllimin maaşı artıb

  Əməkhaqqına 35% əlavə tətbiq olunmuş müəllimlər üzrə isə orta aylıq əməkhaqqı 1295 manat təşkil edib.   Sfera.az xəbər verir ki, bunu elm ...

“Bu il 75 mindən çox tələbənin qəbulu planlaşdırılır”

“Bu il 75 mindən çox tələbənin qəbulu planlaşdırılır”.   Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini, “İnsan kapi...