Ermənistanda orduda xidmət üçün yaş həddi artırılır

Ermənistanda orduda xidmət üçün yaş həddi artırılır
Ermənistan parlamenti "Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna dəyişiklik layihəsini ikinci oxunuşda qəbul edib.

Sfera.az "Novosti Armeniya”ya istinadən xəbər verir ki, 103 deputat layihənin lehinə səs verib, 2-si isə bitərəf qalıb.

Dəyişiklik müqavilə əsasında (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu) xidmət edən hərbçilərin və zabit heyətinin ordu sıralarında daha çox qalmaları üçün yaş həddinin artırılmasını nəzərdə tutur.

Layihəyə əsasən, sıravi qulluqçular, kiçik və böyük gizirlər üçün yaş həddi 55-ə, kiçik zabitlər üçün 48-52-yə, böyük zabitlər üçün 50-55-ə, polkovniklər üçün 55-58-ə, daha yüksək rütbəli zabitlər üçün 63 yaşa qədər qaldırılacaq.

Dəyişikliklər həm kişi, həm də qadın hərbi qulluqçuları əhatə edir.

Mütəxəssislər hesab edirlər ki, Ermənistan Silahlı Qüvvələrində xidmət etmək istəyən hərbçilərin yaş senzinin artırılması orduda hərbçi çatışmazlığı ilə bağlıdır. Çünki Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edib, şəxsi heyətini sıradan çıxarıb. İtkilərin yerini dolduracaq kadr olmadığı üçün hazırda qulluq edən hərbçilərlə müqavilə müddətini uzatmaq üçün qanuni baza yaradılır.

Eyni zamanda, Qarabağdakı məğlubiyyətdən sonra erməni gənclər orduda xidmət etmək istəmirlər.

Bundan başqa, ölkədə işsizlərin çoxu orduda xidmətə daimi iş yeri kimi baxır. Ancaq 44 günlük müharibədən sonra Silahlı Qüvvələrdə müqavilə əsasında xidmət etmək istəyənlər kəskin azalıb. Qanuna dəyişikliklər həmçinin Ermənistan ordusunda muzdluların xidmət etməsinə də imkan yaradacaq. // "Report"


OXŞAR XƏBƏRLƏR

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...