Prezident seçkilərinin nəticəsi bəlli oldu

Dünya
10:21 / 19.04.2021
808
Aprelin 11-də Cənubi Amerika ölkəsi Ekvadorda keçirilən prezident seçkilərinin nəticəsi bəlli olub.
Sfera.az xəbər verir ki, II tur seçkilərdə sağçı namizəd Gilyermo Lassonun zəfəri rəsmi olaraq açıqlanıb.
Ekvador Milli Seçki Şurasından (CNE) verilən açıqlamaya görə, Gilyermo Lasso, səslərin 52.52 faizini toplayıb.
CNE-nin rəsmi nəticələrinə görə, Lasso 4 milyon 656 min 426 səs, rəqibi Ümid Birliyi (UNES) koalisiya namizədi solçu Andres Arauz isə yüzdə 47,64 ilə səs toplayıb.
Xatırladaq ki, hazırkı prezident Lasso, 2017-ci il prezident seçkilərində sabiq prezident Morenoya az səs faizi ilə məğlub olmuşdu.
Əzizə Zeynal
Sfera.az