Tramp Baydeni dəstəklədi

Tramp Baydeni dəstəklədi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Cozef Baydenin amerikalı hərbçilərin Əfqanıstandan çıxarılması barədə qərarını dəstəkləyib.

Sfera.az xəbər verir ki, D.Tramp məsələ ilə bağlı yazılı açıqlama yayıb.

"Əfqanıstandan çıxmaq xarüqə və müsbət bir işdir. Mən çıxmağı mayın 1-nə planlaşdırmışdım. Bu prosesin həmin tarixə yaxın olmasına çalışmalıyıq”, - Ağ evin sabiq sahibi vurğulayıb.

O deyib ki, sentyabrın 11-i ABŞ-da matəm günü olduğuna görə bu tarixin belə qalması vacibdir: "Sentyabrın 11-i düşünmək günü və itirdiklərimizin böyük ruhu şərəfinin yad edilməsi günü olaraq qalmalıdır”.

Qeyd edək ki, D.Trampın 2020-ci ilin fevralında "Taliban” hərəkatı ilə əldə etdiyi razılaşmaya əsasən, qoşunların Əfqanıstandan çıxarılması prosesinin 2021-ci ilin mayın 1-də başlaması nəzərdə tutulmuşdu.

ABŞ-ın hazırkı prezidenti Cozef Bayden bu ilin yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına başlayandan sonra qoşunlarının çıxarılması prosesinin mayın 1-də başlayıb, 2021-ci il sentyabrın 11-də başa çatacağını bildirmişdi.

Qeyd edək ki, hazırda ABŞ-ın Əfqanıstanda 2 500-dək hərbçisi var.

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...