Türkmənistan prezidentinin atası vəfat etdi

Dünya
22:33 / 18.04.2021
3028
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun atası Malikqulu Berdiməhəmmədov 88 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan dövlət televiziyası məlumat yayıb.
Qeyd edək ki, M.Berdiməhəmmədov 1932-ci il avqustun 12-də anadan olub. O, 1982-ci ildə Daxili İşlər Nazirliyindən polis polkovnik-leytenantı rütbəsində ehtiyata buraxılıb.
Türkmənistan DİN-in 1001 saylı hərbi hissəsinə və nazirliyin Aşqabaddakı yaşayış kompleksinə onun adı verilib.