Göyçayda vəzifəli şəxslər saxlanıldı

Göyçayda vəzifəli şəxslər saxlanıldı
Göyçay rayonunda korrupsiya faktı aşkar edilib, saxlanılanlar var.

Sfera.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Məmmədov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Qarabaqqal kəndi ərazisində qanunsuz torpaq alqı-satqısı və külli miqdarda pul vəsaiti müqabilində sənədləşmə işlərinin aparılmasında iştirakda şübhəli bilinərək saxlanıldığı bildirilir.

Kənd icra nümayəndəsi və bələdiyyə sədrinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması xəbərini rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.
 
(APA)

OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı XƏBƏRDARLIQ: Leysan olacaq

İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli ol...

2 nəfərin öldürüldüyü qanlı insidentlə bağlı məhkəmə başladı

Bakıda 2 nəfəri öldürməkdə təqsirləndirilən Nurani Məmmədov, Tural Məmmədov, Yunis Rəhimov, Sərxan Şahbazov və Ramin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə ...

Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər

Heyvanlardan insanlara keçən xəstəliklər dünya üzrə geniş yayılıb və bir çox hallarda ciddi sağlamlıq problemlərinə səbəb olur.   Ümumdünya Səhiyyə T...

Rusiyada Xəlil Arslanov 17 il azadlıqdan məhrum edildi

Rusiyanın Qarnizon Hərbi Məhkəməsi ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-polkovnik Xəlil Arslanovu rüşvətxorluq və dələduzl...

Yeni Zelandiyada güclü ZƏLZƏLƏ

Yeni Zelandiyada 6.3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Ar...

AYNA minib-düşmə məntəqələrinin sayını artırıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 Noyabr prospektindəki avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsin...