Brent neftinin qiyməti 50 dollara yaxınlaşır
08:34 / 02.06.2016
1807
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar azalaraq 48,87 dollar təşkil edib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,01 dollar artaraq 49,72 dollar olub.