Rusiya miqrantları ölkədən qovur: Ən çox hansı ölkə zərər görəcək?

Rusiya miqrantları ölkədən qovur: Ən çox hansı ölkə zərər görəcək?
Xəbər verdiyimiz kimi Rusiya hökuməti MDB ölkələrindən olan 1 milyondan çox qanunsuz miqranta iyunun 15-nə kimi ölkəni tərk etməyi tələb edib. Daxili İşlər Nazirliyinin rəsmisi onları öz gücünə çıxaracağını və ya onların Rusiyaya yolunu birdəfəlik bağlayacaqlarını bəyan edib. 
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı  iqtisadçı ekspert Samir Əliyev bildirib ki, məsələnin maraqlı tərəfi bu açıqlamanın məhz MDB-nin Parlamentlərarası Assambleyasının iclasında verilməsidir:

"Tədbirdə açıqlanan statistik məlumata inansaq, hazırda Rusiyadakı qanunsuz miqrantların sayında ölkələrin bölgüsü belədir: Özbəkistan (332 min), Tacikistan (247 min), Ukrayna (152 min), Azərbaycan (120 min), Qırğızıstan (115 min), Ermənistan (61 min), Moldova (56 min), Qazaxıstan (49 min).
Görünən budur ki, Rusiya miqrantlardan təzyiq vasitəsi kimi istifadə edir. Bu, ilk hal deyil. Dövrü olaraq Rusiya rəsmiləri oxşar açıqlamalar verib".

Ekspertin sözlərinə görə,  hər il milyardlarla dollar həcmində vəsait miqrantlar vasitəsilə Rusiyadan çıxarılır:

"Bunda qanunsuz hesab edilənlərin də payı var. Məsələn, 2020-ci ildə MDB ölkələrinə gedən pulun həcmi 11 milyard dollardan çox olub. Bu vəsaitin əsas hissəsi Qırğızıstan ($2 milyard), Tacikistan ($1,9 milyard) və Özbəkistanın ($3,9 milyard) payına düşüb.

Remittansların həcminə baxanda belə qərarda daha çox Orta Asiya ölkələrinin zərər çəkəcəkləri görünür. Bu addımın təkcə ildə 800 milyon dollardan çox vəsait göndərilən və 152 min qanunsuz miqrant olduğu bildirilən Ukraynaya görə edildiyini söyləmək inandırıcı gəlmir. Böyük ehtimalla bu addım Ukrayna ilə yanaşı digər ölkələrə, o cümlədən Azərbaycan və Ermənistana hədəflənib".

S.Əliyev qeyd edib ki, ötən il Azərbaycana 863,2 milyon dollar, Ermənistana 800 milyon dollara yaxın pul köçürülüb:

"Bir neçə həftə əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov miqrantların ölkə iqtisadiyyatı üçün vacibliyini qeyd etmişdi. İndi isə əks bir fikir açıqlanır. Miqrantların Rusiyadan çıxarılması istənilən halda onların vətənində sosial gəginlik yaradacaq. Belə baxanda Rusiyanın özü üçün də fəsadsız ötüşməyəcək. Ucuz və hərtərəfli işçi qüvvəsi ölkə iqtisadiyyatına əhəmiyyətli paya malikdir. 

Eyni zamanda Rusiya əhalisinin azalma tempi məhz miqrantlar hesabına yavaşıyır. Belə vəziyyətdə Rusiya niyə özünə problem yaratsın? Yəqin bu addımla Rusiya bəzi ölkələri cəzalandırmaq istəyir. Məsələn, Ukraynanı Kırım və Donbas hadisələrinə, Ermənistanı Rusiyadan üz döndərməkdən çəkindirməyə, Azərbaycanın isə Avrasiya İqtisadi Birliyinə qoşulmamasına görə".

Günay Rəsuqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Arıqlamaq istəyənlərin diqqətinə - Bu bitkinin yarpaqları möcüzəlidir

Cənubi Avstraliya Universitetinin alimləri zeytun yarpağı ekstraktının qan təzyiqini aşağı salmaq, qanda yağ səviyyəsini tənzimləmək və xroniki xəstəliklərdən q...

Törətdiyi cinayətə görə iki cəzadan birini seçmək təklif edildi

Keçmiş hüquqşünas, 65 yaşlı Timoti Skuls, 146 milyon funt sterlinq (7,6 milyard UAH) dələduzluq sxemlərinə görə cəza seçimi ilə üzləşib. Belə ki, hakim ona alte...

Alimlər 9 bal gücündə zəlzələ və 30 metrlik sunami proqnozlaşdırıblar

Amerikalı alimlər ABŞ hakimiyyətini seysmoloji vəziyyətlə bağlı həyəcanverici proqnozlara mümkün qədər tez diqqət yetirməyə çağırıblar.    Sfera...

Süni intellekt sayəsində 5 il ərzində 200 000 işçi ixtisar edilə bilər - Bu sahələrdə...

Bloomberg Intelligence (BI) hesabatına görə, dünyanın ən böyük bankları süni intellektdə (AI) irəliləyişlər səbəbindən yaxın 3-5 il ərzində təxminən 200 min iş ...

Azərbaycanda qəbiristanlıqdanOĞURLUQ - VİDEO

Göygölün Topalhəsənli kənd qəbiristanlığında tez-tez oğurluq hadisələri baş verir.   Sfera.az "Xəzər" TV-yə istinadən məlumat verir ki, bu ...

Vaşinqton ABŞ-nin 39-cu prezidenti Cimmi Karterlə vidalaşıb

ABŞ dekabrın 30-na keçən gecə 100 yaşında dünyasını dəyişən keçmiş prezident Cimmi Karterlə vidalaşıb. Sfera.az xəbər verir ki, vida mərasimi Vaşinqton Kated...