DİM qızdırması olan abituriyentləri imtahana buraxmır, düzgündürmü? – Ekspertdən etiraz

DİM qızdırması olan abituriyentləri imtahana buraxmır, düzgündürmü? – Ekspertdən etiraz
Ötən gün Dövlət İmtahan Mərkəzi tam orta təhsil bazasında (11 illik) buraxılış imtahanları keçirib. 2 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Pandemiya ilə əlaqədar elə ötən il də eyni vəziyyət müşahidə olundu. Yəni, buraxılış və qəbul imtahanlarında hərarəti 37 dərəcə olan onlarla şagird və abituriyent müsabiqədən kənarda qaldı. Həmin şəxslərin bir il itirdiyini desək, yanılmarıq.
 
Təhsil eksperti Elvin Bədirov problemlə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, buraxılış imtahanları ən çox tənzimlənmə tələb edən imtahandır: "Müxtəlif zamanlarda müxtəlif suallardan təşkil edilmiş çoxsaylı imtahanlarla şagirdləri eyni bir müsabiqə üçün imtahan etmək ümumiyyətlə məqbul sayıla bilməz.  Pandemiya dövründə maksimum çalışmaq lazımdır ki, abituriyentlərin imtahanlarda iştirakı tam təmin edilsin.
 
Ötən il olduğu kimi, bu il də artıq ilk imtahan günündə müəyyən temperatura malik abituriyentlərin imtahana buraxılmadığını görürük. Heç bir halda buna yol vermək olmaz.  Biz müxtəlif dövlətlərin təcrübəsində görürük ki, temperatur ilə bağlı problemi olan şagirdlər üçün xüsusi otaqlarda fərdi imtahanların keçirilməsinə şərait yaradılır”.
 
Ekspert bildirib ki, Dövlət İmtahan Mərkəzi üçün bunu etmək heç də çətin olmamalıdır: "Yetər ki, təşəbbüs göstərilsin. Abituriyentlərin bütün il ərzində çəkdiyi əziyyətlər bu qədər sıradan səbəbdən boşa getməməli, onlar əlavə psixoloji travma yaşamamalıdırlar”.
 
Günay Rəsulqızı

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...