Ana itkin düşmüş oğlunun Dubay şeyxi olduğunu iddia edir - FOTO

Ana itkin düşmüş oğlunun Dubay şeyxi olduğunu iddia edir - FOTO
1977-ci ildə İtaliyada 6 yaşında itkin düşən oğlanın Dubay şeyxi Məhəmməd Əl-Habtur olduğu iddia edilib.
 
Sfera.az xəbər verir ki, son dəfə 44 il əvvəl Salentodakı evinin qarşısında oyun oynayarkən görülən, daha sonra yoxa çıxan Mauro Romanonun anası Bianca Colaianni Dubay şeyxinin sol gözünün kənarındakı yara izinin və onun sağ əlindəki yanıq izinin oğlundakı ilə eyni olduğunu bildirərək DNT testi edilməsini tələb edib.

Bianca Colaianni şeyxin fotosunu ilk dəfə 1999-cu ildə İtaliyada dərc olunan jurnallardan birində gördüyünü və 2007-ci ildə şeyxin atasına yazdığı məktubla Dubaya dəvət edildiklərini, lakin əmirliyə çatdıqdan sonra görüşün ləğv edildiyini bildirib.

O, 2008-ci ildə İtaliya Daxili İşlər Nazirliyinə müraciət edərək fotoşəkildə olan şəxslə əlaqə saxlanılmasını istəyib. Nazirlik ananın istəyi ilə Məhəmməd Əl-Habturun ailəsi ilə əlaqəyə keçsə də, ailə şeyxin Mauro Romano olduğu iddiasını rədd edib və DNT testi tələbini qəbul etməyib.

Mauro Romanonun ailəsi 2012-ci ildə yenidən Dubaya dəvət edilib, lakin görüş bu dəfə də baş tutmayıb.

Lecce Baş Prokurorluğunun ailənin 2020-ci ildə yenidən müraciət etməsindən sonra başlatdığı istintaqda Mauro Romanonun uşaqlıq dostu tərəfindən verilən ifadədən sonra onun ailə dostlarından biri tərəfindən qaçırıldığı ehtimal olunur.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...