Zelenski: "Nə vaxta qədər kandarda gözləyəcəyik?"

Zelenski:
Zelenski Ukraynanı təcili olaraq AB və NATO-ya qəbul etməyə çağırıb.

Sfera.az-ın məlumatına görə, Ukrayna lideri Vladimir Zelenski NATO və Avropa Birliyini respublikasını təcili öz üzvlüyünə qəbul etməyə çağırıb.

"Biz sonsuzadək AB və NATO-nun kandarında qala bilmərik",- deyə Ukrayna prezidenti "Le Fiqaro” qəzetinə bildirib.
 
Hər iki qurum həqiqətən Ukraynanı "Avropa ailəsinin  üzvü" kimi qəbul edirsə, təcili danışıqlardan qərarlara keçməlidirlər. Zelenski Fransa Prezidenti Emmanuel Makronun "Putinlə daha yaxşı münasibətdə” olmasından təəssüflənir.

Danışıqların "Normandiya formatı”nı isə Zelenski dayandırılmış proses kimi qiymətləndirib və əlavə edib ki, Makron bu danışıqları süni nəfəs verməklə yaşada bilər.

Xatırladaq ki, Ukrayna lideri bir il əvvəl də Makronu Moskva ilə təhlükəli yaxınlaşmada ittiham etmişdi.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...