Paşinyan keçmiş Qərargah rəsini çıxılmaz duruma saldı - İclasların stenoqramları yayıldı

Paşinyan keçmiş Qərargah rəsini çıxılmaz duruma saldı - İclasların stenoqramları yayıldı
Ermənistan Təhlükəsizlik Şurası aparatının mətbuat xidmətinin məxfilikdən çıxarıb ictimaiyyətə təqdim etdiyi iclasların stenoqramları Baş nazir Nikol Paşinyanın mövqelərini gücləndirib.

Belə ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın ötən ilin sentyabrında ona Dağlıq Dağlıq Qarabağ ətrafındakı münaqişə zonasında hərbi əməliyyatları dayandırmağı məsləhət görməməsi ilə bağlı açıqlamasını təsdiq edir.
 
Sfera.az-ın TASS-a istinadla məlumatına görə, mətbuat xidmətinin açıqlamasında deyilir ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Qasparyanın 17 noyabr 2020-ci il tarixli bəyanatına cavab olaraq Təhlükəsizlik Şurası aparatı sözügedən bəyanatda yer alan ifadələrə aydınlıq gətirməyi və məxfi sənədləri dərc etməyi lazım bilir.

Saytda həmçinin Qasparyanın replikalarının yer aldığı üç sənədin skan edilmiş vərəqləri də dərc edilib. Bu stenoqramlara görə, Baş Qərargah rəisi 30 sentyabr 2020-ci il tarixində  "taktiki vəziyyətin dəyişmədiyini" və qoşunların tapşırıqları yerinə yetirməyə davam etdiyini bildirib.
 
Xatırladaq ki, ötən ilin sonunda Qasparyan Qarabağ bölgəsində hərbi əməliyyatlar başlayandan az sonra Paşinyana müharibəni dayandırmağı məsləhət gördüyünü bildirmişdi. Amma baş nazir bu sözləri təkzib edərək Baş Qərargah rəisinin Təhlükəsizlik Şurasına ordunun düşmənlə qarşılaşmağa hazır olduğunu məruzə etdiyini söyləmişdi.
 
Öz növbəsində Qasparyan Nazirlər Kabineti rəhbərini "güc rıçaqlarından  istifadə edərək gerçəkliyi təhrif etməkdə" günahlandırmışdı.
 
Baş Qərargah rəisi ilə baş nazir arasındakı qarşıdurma fevralın 25-də Qasparyanla Ermənistan Silahlı Qüvvələrinin rəhbər heyətinin Paşinyanın istefasını tələb etməsi ilə nəticələndi.  Baş nazir bunu hərbi çevrilişə cəhd kimi qiymətləndirdi və respublika prezidentinə Qasparyanın istefasına dair vəsatət göndərdi.
 
Martın 10-da Paşinyan Qasparyanın artıq öz vəzifəsindən azad edildiyini  bəyan etdi. Buna əsas verənsə prezidentin baş nazir tərəfindən təqdim olunan istefa haqqında fərman layihəsini imzalamamasına baxmayaraq, bu qərarı ləğv etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etməməsi oldu. 
 
Paşinyan Qasparyanın əvəzinə  Artak Davtyanın Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi üçün prezidentə ərizə təqdim etdi. Az sonra Paşinyan, general leytenant Davtyanın Baş Qərargah rəisi vəzifəsini icra etdiyini bəyan etdi. 
 
O, bildirdi ki, prezidentin baş nazir tərəfindən təqdim edilmiş təyinat haqqında fərman layihəsini imzalamadığını və Konstitusiya məhkəməsinə müraciət etmədiyini nəzərə alaraq, Artak Davtyan qanunla bu vəzifəyə seçilmiş sayılır. (Day.az)
 
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...