Bakıda 43 yaşlı kişi bıçaqlandı

Kriminal
21:46 / 15.04.2021
3137
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
1978-ci il təvəllüdlü Yusifov Ramin Allahverdi oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub.
(Report)