Yunanıstan XİN rəhbəri Ankarada mətbuat konfransında qalmaqal yaratdı - VİDEO

Yunanıstan XİN rəhbəri Ankarada mətbuat konfransında qalmaqal yaratdı - VİDEO
"Yunanıstana qarşı ittihamedici ifadələr işlətmədim. İlk görüşün daha pozitiv olmasını istəyirdik, amma son dərəcə qəbul edilməyən ifadələr işlətdi”.

Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan Yunanıstan XİN rəhbəri Nikos Dendiasla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

İki ölkə arasında əlaqələrin müsbət həlli istiqamətində davam edən mətbuat konfransının sonunda N.Dendias "Əgər Türkiyə Yunanıstanın suverenliyini pozmağa davam edərsə, bizim ittihamlarımız təkrar gündəmə gələcək”, - ifadələrinə yer verib.

Buna cavab olaraq M.Çavuşoğlu Türkiyənin sərhədləri pozmadığını vurğulayıb:

"Kiprdə atdığımız addımlar hüquqlarımızı müdafiə etməyə hədəflənib. Buraya gəlib, Türkiyəni ittiham etsəniz, bunların cavabını verərəm.

Siz Türkiyəni günahlandırmağa çalışırsınız. Mən bunları qəbul etmərəm. İkitərəfli olaraq baxış fərqliliklərimizi azaltmağa və əməkdaşlığı inkişaf etdirməyə hazırıq. Amma mətbuat önündə mənə və millətimə ağır ittihamlar irəli sürsəniz, mən də bunun cavabını vermək məcburiyyətindəyəm”.

M.Çavuşoğlu ikitərəfli görüşlərə hazır olduqlarını bildirib:

"Yunanıstanın  davakar yanaşmasına qarşı biz də siyasətimizi buna uyğun müəyyənləşdirərik”.

Nazirlər mətbuat konfransını bitirərək, kürsüdən ayrılıblar.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...