Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı keçirildi - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı keçirildi - VİDEO
"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən bölük, batareya komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, bölmələrin idarə edilməsi üzrə bacarıqlarının və komandir keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.

İlk olaraq zabitlərə sıra baxışı keçirilib və məşğələlərə hazırlıqları yoxlanılıb. Praktiki məşğələlər zamanı zabitlərə müdafiə döyüşü üzrə hava hücumundan müdafiə, raket-artilleriya və tank bölmələrinin fəaliyyəti nümayiş olunub.

Qarnizonun Təlim-Tədris Mərkəzində zabitlərə hərbi topoqrafiyadan, hüquq və mənəvi-psixoloji hazırlıqdan nəzəri dərslər keçirilib.

Komandir hazırlığının sonunda zabitlərin ümumqoşun, ixtisas, topoqrafiya və fiziki hazırlıq səviyyələri yoxlanılıb. Məşğələlərin yekun təhlili aparılan zaman məqbullar götürülərkən zabitlərin yüksək nəticə göstərikləri bildirilib, bölmələrin döyüş hazırlğının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.


OXŞAR XƏBƏRLƏR

Pakistan Hindistana xəbərdarlıq etdi

Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin genişmiqyaslı manevrləri fonunda Yeni Dehlini Pakistanın hava məkanına müdaxilə etməməsi barədə xəbərdarlıq edib. ...

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...