ABŞ 10 rusiyalı diplomatı deportasiya edəcək

ABŞ 10 rusiyalı diplomatı deportasiya edəcək
ABŞ Prezidenti Co Bayden kiberhücum cəhdi və president seçkilərinə müdaxilə ilə əlaqəsi olan 10 rusiyalı diplomatın deportasiya ediləcəyini açıqlayıb.
 
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Xəzinə Nazirliyi isə Rusiya iqtisadiyyatını hədəf alan bir sıra sanksiya qərarını açıqlayıb.

Diplomatların deportasiyası və sanksiyalar ABŞ-ın "SolarWinds” kiberhücum cəhdi səbəbindən Kremlə qarşı ilk həmləsi olmaq xüsusiliyinə malikdir.

Qeyd edək ki, Rusiya ilə əlaqəli olduğundan şübhələnilən kompüter hakerlərinin ötən ilin dekabrında "SolarWinds” adlı proqram təminatı şəbəkə və sistem infrastrukturunu idarə edən bir  proqram təminatına yerləşdirdikləri kodlarla aralarında ABŞ Xəzinə Nazirliyi, Ticarət Nazirliyi və Ədliyyə Nazirliyinin də olduğu çox sayda federal qurumun kompüter sistemlərinə sızdığı üzə çıxmışdı.

ABŞ administrasiyası buna görə Rusiyanı ittiham etmişdi.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...