Epidemiya ilə mübarizədə uğursuz olan ikinci nazir də İSTEFAYA GÖNDƏRİLDİ

Epidemiya ilə mübarizədə uğursuz olan ikinci nazir də İSTEFAYA GÖNDƏRİLDİ
Rumıniyada virusla mübarizədə uğursuz olan ikinci səhiyyə naziri də vəzifəsindən qovulub.

 

 

Sfera.az xəbər verir ki, Rumıniya baş naziri Florin Citu COVID-19 epidemiyası ilə mübarizədə səhvlərə yol verən və kütləvi tənqidlərlə qarşılanan səhiyyə naziri Vlad Voikuleskunu istefaya göndərib.

 

Bununla da epidemiya başlandığı gündən bəri Rumıniyada ikinci səhiyyə naziri istefaya göndərilib.


"Dövlət qurumlarına etibarın davamlılığını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin rəhbərliyində dəyişiklik etməyə qərar verdim", - deyə Baş nazir bildirib.

Baş nazirin bu qərarı yoluxma sayı yüksək olan bölgələrdə yumşaltma tədbirlərinin tətbiq edilməsindən sonra verməsi birmənalı qarşılanmayıb. Yerli KİV yumşaltma ilə bağlı qərarın Baş nazirlə razılaşdırılmadan qəbul edildiyini, bunun mərkəz sağ koalisiya hökumətində gərginliyə səbəb olduğunu yazıb.

 

Qeyd edək ki, ventilyatorların işləməməsi səbəbilə paytaxt Buxarestdə yerləşən xəstəxanalardan birinin reanimasiya şöbəsində 3 koronavirus xəstəsinin ölümü və digər xəstələrin yoluxmuş xəstələrə yardım işlərinə cəlb olunmasını əks etdirən görüntülər mübahisələrə səbəb olmuşdu.


İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...