Azərbaycanda 80 milyona yaxın tibbi maska satılıb

Azərbaycanda 80 milyona yaxın tibbi maska satılıb
Pandemiya ilə əlaqədar olaraq Azərbaycana indiyədək idxal olunan tibbi maskaların sayı açıqlanıb.

Hökumətdən bildirilib ki, 2020-ci ilin 5 mart tarixindən ilin sonunadək ölkəyə təqribən 26,7 milyon ABŞ dolları dəyərində tibbi maska və respirator idxal edilib:

Həmçinin bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən əsas aptek şəbəkələrində 77,6 milyon ədəddən çox tibbi maska satılıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 38,6 milyondan çox tibbi maska istehsal olunub. // "Report"

OXŞAR XƏBƏRLƏR