Azərbaycanlı tələbə pakistanlı qızla ailə qurdu, rektor nikah şahidi oldu - FOTO

Cəmiyyət
15:05 / 15.04.2021
983
Azərbaycanda rektor nikah şahidi olub.
Sfera.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov universitetin məzunu ilə bağlı paylaşım edib.
O bildirib ki, bu gün 5 saylı Bakı "ASAN xidmət” mərkəzində neft-qaz mühəndisliyi ixtisasının məzunu Elvin İsmayılov eyni ixtisasın III kursunda təhsil alan pakistanlı tələbə Masuma Rizvi ilə ailə həyatı qurub.
"Müqəddəs Ramazan ayında baş tutan bu nikah mərasimində mənimlə birlikdə Pakistanın ölkəmizdəki səfiri olan Bilal Haye də iştirak edirdi. Hər ikimiz bəy və gəlinin şahidi olduq” - , deyə rektor bildirib.
E.Qasımov həmçinin qeyd edib ki, bu nikah Azərbaycan və Pakistan qardaşlığının bir gözəl nümunəsidir:
"Eyni din, eyni adət-ənənələri olan xalqların birlik simvoludur bu ailə. Bakı Ali Neft Məktəbi isə bu ailəni birləşdirən körpü rolunu oynadı”.
Türkan
Sfera.az