Vaşiqton Rusiyanın dövlət borcuna qarşı “sanksiyalar hücumu” planlaşdırır

Vaşiqton Rusiyanın dövlət borcuna qarşı “sanksiyalar hücumu” planlaşdırır
Qarşıdan gələn Amerika sanksiyaları ilə bağlı yeni təfərrüatlar məlum olub. ABŞ-ın Rusiyadakı səfirinə bunun mümkün fəsadları izah edilsə də, Rusiyanın dövlət borcuna qarşı "sanksiyalar hücumu”  planlaşdıran  Vaşinqton geri çəkilmək fikrində deyil.

Sfera.az-ın "Reuters”ə istinadla məlumatına görə, Vaşinqton  hesab edir ki, ABŞ bankları üçün Rusiyanın borc qiymətli  kağızları ilə işləmək imkanlarını "azaldacaq"  yeni məhdudiyyətlər paketinin hazırlanması ən optimal variantlardan biri olacaq. Misalçün, Rusiya Maliyyə Nazirliyinin və Mərkəzi Bankının borc qiymətli kağızlarının satın alınmasına birbaşa qadağa qoyulması nəzərdə tutulur. 
 
The New York Times qəzetinin mənbələri əlavə edir ki, yeni sanksiyaların variantları  aprelin 15-də açıqlana bilər, amma sözügedən sanksiyalar  yalnız yayda - təxminən 14 iyunda qüvvəyə minəcək.
 
Xatırladaq ki, az əvvəl mətbuatda ABŞ prezidenti Co Baydenlə  Rusiya prezidenti Vladimir Putin arasında mümkün danışıqlara dair xəbərlər yer almışdı. Yeni sanksiyaların bu məsələyə  təsir edib-etməyəcəyi hələ məlum deyil.

"Yumşaldıcı  amil": Wall Street Journal müxbirlərinin tapıntısı

Yeni sanksiyaların səbəb ola biləcəyi ciddi problemlərə baxmayaraq, "Wall Street Journal”-ın əməkdaşları "yüngülləşdirici amil" tapa bilib. Jurnalistlər yazır ki, sanksiyalar Rusiya dövlət istiqrazlarının təkrar bazarda alqı-satqı imkanlarına təsir etməyəcək.

"Sərəncam 14 iyun tarixindən sonra ABŞ maliyyə qurumlarının Rusiya Mərkəzi Bankından, Maliyyə Nazirliyindən və ölkənin nəhəng Milli Sərvət Fondundan birbaşa yeni istiqraz almasını qadağan edəcək.

Amma sözügedən məsələdə yumşaldıcı amil də var. Belə ki, ABŞ qurumları Rusiya iqtisadiyyatı üçün əhəmiyyətli olan bəzi xarici investisiyaları qoruyub saxlayaraq, ikincil bazarda istiqraz alış-verişi edə biləcəklər”,- deyə Wall Street Journal açıqlayır.
 
Federasiya Şurasından cavab: "Cana doymuşuq"

Federasiya Şurası Xarici İşlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabbarov, "RİA Novosti” üçün  yeni sanksiyalarla bağlı məsələni şərh edib. O, vurğulayıb ki,  sözügedən sanksiyaların tətbiqi amerikalı səhmdarlara da ciddi zərər vuracaq. Rusiya isə qorxmaq fikrində deyil.
 
"Bu iqtisadiyyatımıza təsir edə bilər, amma biz heç nədən qorxmayacağıq, çünki artıq cana doymuşuq.
 
Amerikalı səhmdarlar ciddi itkilərə məruz qalacaqlar, çünki dövlət borcuna yatırım edirlər. Bu səbəbdən düşünürəm ki,   sanksiyalar tətbiq edilməyəcək”,- deyə senator bildirib.

Tərcümə: Selcan
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...