ABŞ 2 türk vətəndaşına sanksiya tətbiq etdi - "Yalnışlıq olub..."

ABŞ 2 türk vətəndaşına sanksiya tətbiq etdi -
ABŞ hökuməti İŞİD terror təşkilatına maliyyə logistik dəstək vermək ittihamı ilə 2 Türkiyə vətəndaşına sanksiya tətbiq edib.
 
Sfera.az xəbər verir ki, Ahmet Bayaltun və qardaşı oğlu İsmayıl Bayaltun ad qarışıqlığı səbəbilə 2019-cu ilin 18 noyabrında ABŞ Maliyyə Nazirliyinin Xarici Varlıqlara Nəzarət Bürosunun (OFAC) sanksiya siyahısına daxil olublar.

Şanlıurfada yaşayan və ticarətlə məşğul olan Ahmet və qardaşı oğlu İŞİD-i dəstəklədikləri üçün bu şəhərdəki 2-ci Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan iki qardaş - Ahmet və İsmail Bayaltunla qarışdırılıb.

Çindən mobil telefon aksesuarları gətirməklə məşğul olan Ahmet və qardaşı oğlu bu səhv ucbatından təxminən 1 ildən çoxdur ki, ABŞ-ın sanksiyalarının qurbanıdır.

Qarışıqlığı aradan qaldırmaq üçün ABŞ-a gedən türkiyəli vəkil Halil Uzun verdiyi açıqlamada bu səhvi düzəltdirmək üçün lazım olan sənədləri ABŞ Maliyyə Nazirliyinin Xarici Varlıqlara Nəzarət Bürosuna təqdim etdiyini söyləyib.

Vəkil Halil Uzun Ahmet Bayaltun və qardaşı oğlu İsmayıl Bayaltunun bu səhv səbəbindən banklarla ciddi problemlər yaşadığını, onların fəaliyyətinin ciddi şəkildə məhdudlaşdırıldığını və ticarət fəaliyyətlərinin alt-üst olduğunu bildirib.

Əzizə
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...