Naqif Həmzəyev qətl edilə bilərdimi? - Sfera.az eksklüziv olaraq araşdırdı

10:51 / 15.04.2021
1120
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə
qarşı sui-qəsddə suçlanan Yunis Səfərovun məhkəməsi maraqlı məqamlarla yadda
qalır. Prosesdə diqqətçəkən məqamlardan biri də Yunus Səfərovun icra
başçısından sonra Gəncənin deputatı Naqif Həmzəyevi qətlə yetirəcəyi ilə bağlı iddiadır.
Həmin iddia ilə bağlı bu linkdən ətraflı məlumat əldə edə bilərsiniz
Bununla bağlı Sfera.az araşdırma aparıb. Araşdırma
nəticəsində məlum olub ki, Naqif Həmzəyev Elmar Vəliyevə hücum zamanı Gəncədə
olmayıb. Həmin vaxt Naqif Həmzəyev xaricdə məzuniyyətdə
olub.
Yəni, Yunus Səfərov istəsə belə Naqif Həmzəyevi
qətlə yetirə bilməzdi, çünki Naqif Həmzəyev Gəncəyə Yunus Səfərov həbs
olunduqdan sonra dönüb.
İnci