Co Bayden Əfqanıstadakı ABŞ hərbi qüvvələrinin çıxarılacağı tarixi AÇIQLADI

Co Bayden Əfqanıstadakı ABŞ hərbi qüvvələrinin çıxarılacağı tarixi AÇIQLADI
ABŞ prezidenti Co Bayden Əfqanıstanda yerləşdirilmiş ABŞ hərbi qüvvələrinin mayın 1-dən etibarən çıxarılacağını bildirib.


Sfera.az xəbər verir ki, Bayden çərşənbə günü Ağ Evdən yayımlanan müraciətində amerikalılara ABŞ-ın bütün hərbi qüvvələrini 11 sentyabr tarixinə qədər Əfqanıstandan çıxaracağını deyərək bildirib ki, Dünya Ticarət Mərkəzi və Pentaqona edilən terror hücumlarından 20 il sonra orada qalmağa haqq qazandırıla bilməz:


"20 il əvvəl baş vermiş dəhşətli hücum səbəbiylə Əfqanıstana getdik. Bu, 2021-ci ildə orada qalmağımıza haqq qazandıra bilməz".

"Biz fərqli bir nəticə gözləyərək geri çəkilməyimiz üçün ideal şərait yaratmağı ümid edərək, Əfqanıstandakı hərbi mövcudluğumuzu uzatmağa və genişləndirməyə davam edə bilmərik" deyə, Preziden Bayden vurğulayıb.

ABŞ lideri Əfqanıstanda Amerika hərbi qüvvələrinin mövcudluğuna nəzarət edən ikisi respublikaçı və ikisi demokrat olmaqla dördüncü prezident olduğunu bildirib və bu məsuliyyəti beşinciyə ötürməyəcəyinə söz verib:

"Müttəfiqlərimiz və tərəfdaşlarımız, hərbi liderlərimiz və kəşfiyyat mütəxəssislərimizlə, diplomatlarımız və inkişaf üzrə mütəxəssislərimizlə, Konqres və vitse-prezident Kamala Harris ilə yaxından məsləhətləşdikdən sonra mən belə bir nəticəyə gəldim ki, Amerikanın ən uzun müharibəsinə son qoymağın vaxtı gəlib çatıb. Amerika əsgərlərinin evə qatımasının vaxtı gəlib”.

O, ABŞ-ın Əfqanıstanda diplomatik və humanitar işlərə davam edəcəyini və Kabil hökumətinə dəstək verəcəyini əlavə edib.
Bayden ABŞ və müttəfiqlərinin Əfqanıstanın təxminən 300 minə yaxın əsgərinin təlimlərinə və təchiz edilməsinə kömək edəcəyini, eləcə də Əfqanıstan hökuməti ilə Taliban döyüşçüləri arasında sülh danışıqlarına dəstək verəcəyini qeyd edib.
 
ABŞ dövlət başçısı indi əsas diqqətin dünyada tüğyan edən COVID-19 pandemiyasına yönəldilməsinin vacibliyinə diqqət çəkib: "Pandemiyaya qalib gəlmək üçün qlobal sağlamlıq sistemini gücləndirmək məcburiyətindəyik. Çünki başqa bir pandemiya da olacaq". 
 


OXŞAR XƏBƏRLƏR

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...