Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir”

Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir”
"Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında mümkün zirvə görüşü Vaşinqtonun atacağı addımlardan asılıdır”.

Sfera.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Avropa ölkələrindən birində görüşmək təklifi, əlbəttə, mövcud vəziyyətin və qarşı tərəfin atacağı addımların təhlili əsasında dəyərləndiriləcək”, - Co Baydenin Putinə üçüncü ölkədə görüş təklifindən söz açan Peskov bildirib.

"Görüşün hansı ölkədə keçirilməsini müzakirə etmək çox tezdir. Bunun üçün diplomatik kanallar vasitəsilə razılığa gəlmək lazımdır”, - Kreml sözçüsü əlavə edib.

Qeyd edək ki, Finlandiya, Avstriya və İslandiya Putin-Bayden görüşünə ev sahibliyi etməyə hazır olduqlarını açıqlayıblar.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...