"Şuşa və Kəlbəcərə giriş pullu olsun" - Sabiq deputat

14:59 / 14.04.2021
5639
"Deyilənə görə, "Zəfər parkı"na
giriş pulludur - 2 manata. Olsun, lap yaxşı. Ümidvaram ki,ən azından məktəblilər
üçün pulsuz olacaq”.
Sfera.az xəbər verir ki, bunu sabiq deputat
Etibar Hüseynov deyib. O qeyd edib ki, buradan yığılan pulların
"YAŞAT" fonduna köçürülməsinin tərəfdarıdır:
"Hətta çox istərdim ki, gələcəkdə istirahətə gələnlər
üçün Şuşa və Kəlbəcərə, o cümlədən Ağdama da giriş pullu olsun. Simvolik 50 qəpik,
1 manat və ya kim nə qədər istəsə. Niyə də yox?
Bu gün ölkə boyu az qala bütün şəlalə, göl və
s. pullu edilib. Ki, bura filankəs pul qoyub, əziyyət çəkib. İndi istirahət
üçün getdiyin həmin məkanlar üçün insanlarımız can qoyub, qan töküb. Onların
özlərinə və ya ailələrinə azacıq yardım payımızı vermək niyə də olmasın? Amma yenə
də "YAŞAT” Fonduna yığılmaq şərtilə”.
Günay