“Bu ixtisası seçənlər kimyadan imtahan verməməlidir" - Ekspertdən ETİRAZ

“Bu ixtisası seçənlər kimyadan imtahan verməməlidir
"Azərbaycanın rəqəmsal dünyasının ən absurd qərarlarından biri: İnformatika müəllimliyi ixtisasını seçənlər informatikadan deyil, kimyadan qəbul imtahanı verməlidir".
 
Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
 
İT üzrə ekspert ölkədə rəqəmsal problemlərin qocaldığını da vurğulayıb:

"Son zamanlar rəqəmsal sektorda uzun illər həllini gözləyən problemləri bir daha xatırladıram. Baxıram ki, bizim rəqəmsal problemlərimiz də xeyli "qocalıb”. 

Uzun illərdir ali məktəblərə qəbulda "İnformatika yoxsa Kimya” problemi də öz həllini tapa bilmir. Dəfələrlə bu məsələ Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyi (TN) qarşısında qaldırılıb. Uzun-uzadı müzakirələr aparılıb. Belə görünür ki, bu il də İKT yönümlü ixtisası,  informatika müəllimliyini, proqramlaşdırma ixtisaslarını seçənlər informatika əvəzinə kimyadan qəbul imtahanı verəcəklər. Deməli, hələ də DİM və TN bununla bağlı daxili problemlərini həll edə bilməyiblər".

Ekspert DİM və Təhsil Nazirliyinin bir araya gələrək I qrup qəbul imtahanında dəyişiklik etmələrinin zəruri olduğunu qeyd edib:

"Situasiya təxminən belədir: DİM deyir ki, texnoloji ixtisaslara informatikadan imtahan götürülərsə, əksəriyyət kəsiləcək. DİM düşünür ki, bu TN-nin problemidir, məktəblərdə informatikanın tədrisi yetərli olmadığından, şagirdlərin bilik və bacarıqları da qənaətbəxş deyil. TN isə deyir ki, bu DİM-in problemidir, gərək DİM informatikanı imtahan olaraq daxil etsin ki, məktəblərdə, valideynlərdə və şagirdlərdə bu fənnə diqqət artırılsın.
Əlbəttə, DİM-in elmi-statistik təhlillərindən görünür ki, məktəblərdə nəinki informatikanın, elə riyaziyyatın da tədrisində ciddi problemlər var. Amma nəzərə almaq lazımdır ki, MİQ müsabiqələrindən sonra informatikanın tədrisi məktəblərdə xeyli yaxşılaşıb. Beləliklə də, iki dövlət qurumunun ortaq məxrəcə gələ bilməməsi səbəbindən uzun illərdir ki, problem həll olunmadan qalır. 

Bir müddət öncə DİM riyaziyyatdan bəzi tapşırıqların informatika fənni üzrə ola biləcəyini açıqlasa da, sonradan bunlar da unuduldu. Ötən illərdə hökumət İKT yönümlü ixtisasların təsnifatını xeyli təkmilləşdirib. Yeni İT ixtisaslar, mexatronika və robototexnika, radiotexnika, aerokosmik, elektronika və telekommunikasiya mühəndisliyi və s. bu kimi ixtisaslar var.

Düşünürəm ki, hökumət DİM və TN-ni, rəqəmsal inkişafa cavabdeh olan dövlət qurumlarını bir araya gətirərək, normal müzakirələr təşkil etməli və 4-cü Sənaye İnqilabının çağırışlarını, rəqəmsal transformasiyanın tələblərini nəzərə alarq İT yönümlü ixtisasların olduğu 1-ci qrupun imtahanlarında kimya fənnini informatika ilə əvəzləməlidir".

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Pakistan Hindistana xəbərdarlıq etdi

Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin genişmiqyaslı manevrləri fonunda Yeni Dehlini Pakistanın hava məkanına müdaxilə etməməsi barədə xəbərdarlıq edib. ...

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...