“Yoldaşımı 4 saat müddətində qəbul otağında saxlayıb...” – Gəncə RİH-dən şikayət

14:28 / 14.04.2021
1406
Gəncədə İcra başçısının 1-ci müavini Səməd
Tomuyevlə bağlı vəzifədən sui-istifadə etməsilə bağlı iddia irəli sürülüb.
Sfera.az-ın məlumatına görə, bu barədə şikayətçi,
Gəncə şəhərində yerləşən 48 nömrəli "Körpələr Evi Uşaq Bağçası”nın sabiq müdirəsi
İlahə Əliyevanın həyat yoldaşı Rəşad Əliyev Kanal24 İnternet Televiziyasına
açıqlama verib.
Şikayətçi iddia edir ki, S.Tomuyev bağça müdirəsindən
öz ərizəsi ilə işdən çıxarmağı tələb edib.
"S.Tomiyev yoldaşımı 4 saat müddətində qəbul
otağında saxlayıb, təzyiqlərə məruz qoyub və öz ərizəsi ilə işdən çıxarılmasına
nail olub. Hələ bu azmış kimi, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarış
bölməsinin əməkdaşları məni 6 saat idarədə
saxlayaraq, təzyiqlər edib, telefonumu zorla əlimdən alıblar. Telefonuma
müdaxilə edərək, yaddaşındakı məlumatları
və feyzbuk səhifəmdəki statuslarımı siliblər” -, deyə o, bildirib.
Şikayətçi
bununla bağlı prezidentə, baş prokurora və icra başçısı Niyazi Bayramova
videomüraciət ünvanlayıb.
Sözügedən videomüraciəti təqdim edirik: