Deputat gizli toylardan danışdı – “Sosial şəbəkələrdə foto paylaşırlar, sonra isə...”

13:13 / 14.04.2021
1122
Ötən gün Daxili İşlər Nazirliyinin mətbuat
xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev yerli mediaya açıqlamasında xəbərdarlıqlara
baxmayaraq, gizli toyların hələ də keçirildiyini bildirib. Onun sözlərinə görə,
bu istiqamətdə anonim zənglərlə yanaşı, sosial şəbəkələrdə də çoxsaylı
paylaşımlar olur və bu paylaşımlar araşdırılan zaman əksər hallarda öz təsdiqini
tapır.
Digər tərəfdən gizli toy edənlərə haqq
qazandıranlar da kifayət qədərdir. Qadağalara məhəl qoymayanların sayı isə
günü-gündən artır.
Bununla bağlı Milli Məclisin deputatı Azər
Badamov Sfera.az-a açıqlamasında deyib ki, əslində toyların keçirilməsi virusa
yoluxanların sayının artmasına imkan yaradır:
Düşünürəm ki, hüquq-mühafizə orqanları xidmət
etdikləri ərazidə belə halları müşahidə etməli və vaxtında qarşısı alınmalıdır.
Həm də İnzibati Xətalar Məcəlləsində gizli keçirilən tədbirlərlə bağlı müəyyən
cəzalar nəzərdə tutulub. Tədbir keçirən şəxslər sosial şəbəkədə paylaşım edərək
bunu nümayiş etdirirlərsə, bu faktdır, təsdiqini tapır və müasir qanunauyğun cəzanın
tətbiq edilməsi üçün predmentdir”.
Millət vəkili bildirib ki, müəyyən məhdudiyyətlərlə
toyların keçirilməsinə icazə verilməlidir: "Toyların keçirilməsini uzunmüddətli qadağan
etməyi də düzgün hesab etmirəm. Çünki bu gün restoranlarda kifayət qədər
insanlar oturur, vaxtını keçirirlər. Həmin sahələrin fəaliyyətinə icazə
verilib. Toylarla bağlı da müəyyən qurumlar müəyyənləşdirməlidir ki, hansı çərçivədə
imkan verilə bilər - 15, 20, 30 nəfərlə...və.s. Gənclər evlənməlidirlər.
Pandemiyanın nə qədər davam edəcəyi məlum deyil, ona görə də şərait
yaradılmalıdır.
Günay Rəsulqızı